“Zərifə Əliyeva" gəmi-bərəsi Kurık limanına çatdı

Hazırda oxunan: “Zərifə Əliyeva" gəmi-bərəsi Kurık limanına çatdı

73056

Mayın 5-də Ələtdə yerləşən Bakı limanından yola düşən “Zərifə Əliyeva” gəmi-bərəsi mayın 6-da Qazaxıstanın Kurık limanına çatıb. 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Bizim.Media-ya verilən məlumata görə, Limanda gəminin qarşılanma mərasimi keçirilib.

Tədbridə ölkəmizin Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunun başçısı Elmar Məmmədov, Qazaxıstan Dəniz limanları administrasiyasının rəhbəri Nurbol Ermanov, Kurık limanının rəis müavini Talqat Ospanov iştirak ediblər.

Qazaxıstanın rəsmi şəxsləri kapitan Təhmiraz İsmayılovu Ro-Pax tipli “Zərifə Əliyeva” gəmisinin həyata keçirdiyi ilk səfər münasibətilə təbrik ediblər. 

Kapitan körpüsündə olduqdan sonra gəmidə yaradılan, akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən guşəyə və 2020-ci il Vətən müharibəsinə aid “Zəfər guşəsi”nə də baxıblar. 

Qazaxıstan rəsmiləri gəmi-bərənin ilk səfərinin onların ölkəsinə baş tutmasından məmnun olduqlarını bildirib və buna görə Azərbaycana təşəkkür ediblər. 

Qazaxıstanın Aktau şəhərindəki Azərbaycan Baş Konsulluğunun başçısı Elmar Məmmədov da öz növbəsində Azərbaycan istehsalı olan yeni gəmi-bərənin ilk səfərinin əhəmiyyətindən danışıb.

Diplomat bildirib ki, Azərbaycanda tikilib istifadəyə verilən yeni gəmi-bərə Şərq-Qərb Nəqliyyat Dəhlizinin bir hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyətinə də öz töhfəsini verəcək. 
Sonra tədbir iştirakçıları “Zərifə Əliyeva” gəmi-bərəsinə baxış keçirib, onun imkanları ilə yaxından tanış olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin