Bu saatlarda hazırda bərpası davam edən Bərdə-Ağdam dəmiryolu xətti üzrə təşkil edilmiş media-tur start götürüb.
Media-turda iştirak edən Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir.
MÖVZU İLƏ BAĞLI:
28 ildən sonra Cəbrayıla qatar yola düşdü – VİDEO
Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.
Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, 5 km ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib.
Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə də başlanılıb.
Dəmir yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
Media-tur iştirakçıları hazırda Köçərli stansiyasında aparılan quruculuq işləri ilə tanış olurlar.
Bərdə-Agdam dəmiryolu xəttinin tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Birrinci mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil olmaqla, 20.78 km-lik ərazini əhatə edir.
Qeyd edək ki, Tərtər rayonu ərazisində yerləşən Köçərli stansiyası Ağdam şəhərinin işğal altında olması səbəbindən uzun illər Bərdə-Agdam dəmiryolunun sonuncu stansiyası olub.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu