Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Beynəlxalq Muğam Mərkəzini ziyarət edib.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov səfiri mərkəzlə tanış edib, gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Muğam Mərkəzindən Bizim.Media-ya bildirilib ki, görüşdə mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərdən söz açılıb, səfirliklə birgə mədəni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Murad Hüseynov səfirin diqqətinə çatdırıb ki, bu günə kimi yapon musiqiçilər bir neçə dəfə BMM-nin səhnəsində çıxış ediblər.
2014-cü ildə “VA-LİQA” qrupunun muğam ifaçıları ilə birgə səhnəni bölüşdükləri konsert proqramı ictimaiyyət tərəfindən də maraqla qarşılanıb.
Həmçinin 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində ənənəvi yapon musiqisi ifaçısı Yosuke İrienin şakuhaçi musiqi alətində ifasından ibarət konserti mədəniyyətlərin bölüşməsi baxımından maraqlı layihələrdən biri olub.
Səfir səmimi qəbula görə təşəkkür edərək son illər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərindən danışıb.
Yaponiyanın Azərbaycanla mədəni əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirən diplomat belə mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb.
Mayın 15-də Yaponiya səfirliyi və Yaponiya Mədəniyyət Festivalı Təşkilat Komitəsinin birgə təşkilatçılığı ilə “Yaponiya Mədəniyyət Festivalı”nın keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:18 / 06.05.2022
Yaponiyanın səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət etdi
Hazırda oxunan: Yaponiyanın səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət etdi
Hazırda oxunan: Yaponiyanın səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət etdi
72993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.