Yunanıstandan qələbə ilə qayıdan 6 yaşlı şahmatçımız hava limanında hərarətlə qarşılanıb. Onu qarşılayanlar arasında Mingəçevirdən olan deputat Aydın Mirzəzadə də olub.
Bizim.Media-nın məlumatına görə, Mingəçevir şəhər Şahmat Məktəbinin 6 yaşlı yetirməsi Mehriban Əhmədlinin Yunanıstanda keçirilən Avropa və Dünya birinciliyində uğurlu iştirakı və rapid, həmçinin, sürətli şahmat üzrə Dünya birinciliyində iki gümüş mükafat qazanması xəbərini Bizim.Media-da yayımlanan informasiyadan xəbər tutan millət vəkili A.Mirzəzadə dərhal reaksiya verib.
O, uşağın valideynləri və Şahmat Məktəbinin kollektivini təbrik edib. Deputat səhəri Heydər Əliyev adına hava limanında açıb.
O, xüsusi hədiyyələrlə qalib idmançını qarşılayaraq, Mehriban Əhmədliyə sevgi ilə qucaq açan doğmaları arasında yer alıb. O, Mehribanın şahmatda qazandığı nailiyyətlərin davamlı olacağına inandığını deyib.
Ehtiram Muradov, Bizim.Media