Razi Nurullayev iş adamlarını cəsarətli olmağa çağırdı - “Poçt Qutusu” TƏKLİFİ

Hazırda oxunan: Razi Nurullayev iş adamlarını cəsarətli olmağa çağırdı - “Poçt Qutusu” TƏKLİFİ

72950

“Bu günə qədər tikilən binalarda bir neçə tikinti şirkəti enerji effektivliyinə əməl edib və o binalarda yaşayan əhali həm sağlam yaşayır, həm də evini qızdırmaq üçün digərlərinə nisbətən 2-3 dəfə az vəsait ödəyir. Şəhərsalma və tikinti məcəlləsində enerji effektivliyi ilə bağlı tələbləri dəstəkləyirəm. Bu qərarı vermək üçün ən azı 20 il gecikmişik. Bu tələblər necə yerinə yetiriləcək? Biz enerji effektivliyi ilə bağlı müvafiq qanun qəbul etmişik və onun həyata keçirilməsi baş verirmi?” 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Razi Nurullayevdən QHT-lərlə bağlı 5 TƏKLİF 


Deputat qeyd edib ki, problemlərin yerinə yetirilməsi üçün müəyyən qadağalar və tövsiyələr hazırlanıb təqdim edilməlidir: 

"Hər binada yüzlərlə kombi istilik sistemi var. Həm qaz sərfiyyatı, həm xeyli xərc, həm də ekoloji fəlakət. Onun üçün də bütün yeni tikilən binalara mərkəzi istilik tələbləri qoyulmalıdır. Bina evlərində fərdi kombi ləğv edilməlidir. 

Enerji effektivliyinin tətbiq edilməsi, təbii ki, tikinti sahəsində qiymətlərin də bahalaşmasına səbəb olacaq. Amma, mənzilin aylıq xərcində bu özünü tamamilə doğruldacaq. Onun üçün də enerji effektivliyi üçün tələblər ciddi şəkildə həyata keçirilsin". 

Razi Nurullayev digər digər bir problem evlərin təmirsiz satılması olduğunu bildirib: 

“Mən bu məsələdə də qanuna müvafiq dəyişikliyi təklif edirəm. Bundan sonra tikilən bütün binalar təmirli və standartlara uyğun şəkildə təhvil verilsin. Təmirsiz mənzillərin satışı dayandırılsın.

Evlərin təmirli və enerji effevtivliyinin tətbiqi sahəsində potensial bahalaşmasını nəzərə alaraq, iş adamlarının xərclərini azaltmaq üçün yollar araşdırılsın".  

Millət vəkilinin bir digər təklifi isə iş adamlarının iştirakı ilə ya cənab Prezidentin, ya da Baş nazirin yanında müşavirə keçirilməsi ilə bağlı olub: 

"İş adamlarına şərait yaradılsın ki, təklif və fikirlərini bölüşsünlər. Təklif edirəm ki, hər bir iş adamına cənab Prezident tərəfindən deyilsin ki, hər bir açıq danışan iş adamı birbaşa onun himayəsindədir. Əks halda, heç kim danışmayacaq. 

Əlavə olaraq, təklif edirəm ki, bir poçt qutusu da qoyulsun və iş adamları problemlərini, onları incidənləri, onların biznesinə vəzifə səlahiyyətlərindən istifadə edib şərik olmaq istəyənlərin, rüşvət verdikləri şəxslərin adını yazıb atsınlar.
Prezidentin, xalqın, digər əqidəli və saf insanların qəzəbindən qorxun, Allahdan qorxun. Cəhənnəm əzabından çəkinin. Azərbaycanda dünən mövcud olan biznes mühiti bu gündən daha əlverişli idi, sabah isə bu gündən daha ağır olacaq". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin