Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 839 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 51 nəfərdir.
Ölkədə son sutka ərzində 3 903, hazırkı dövrədək isə 6 826 926 test aparılıb.
Bizim.Media