Bu il əlillik təyin olunan şəxslərin sayı açıqlandı 

Hazırda oxunan: Bu il əlillik təyin olunan şəxslərin sayı açıqlandı 

72924

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox olmaqla 10 mindən çox şəxsə əlillik təyin edib. 

Bizim.Media xəbər verir ki, ümumilikdə son 3 ildə 155 minədək şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb. 

Əlilliyin qiymətləndirilməsi tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndərişlər əsasında, ekspert-vətəndaş təması olmadan, göndərişlərdəki diaqnozlar əsasında həyata keçirilir.
Diaqnoz məlumatları şəxsin əlillik vəziyyətində olduğunu müəyyən etməyə əsas yaratdığı halda əlillik təyinatı həyata keçirilir. 

Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 1 milyard 533 milyon manata çatıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin