Qabil Hüseynlinin 3-cü vaksindən sonra halı pisləşib - Özündən AÇIQLAMA

Hazırda oxunan: Qabil Hüseynlinin 3-cü vaksindən sonra halı pisləşib - Özündən AÇIQLAMA

72916

Tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin 3-cü vaksindən sonra səhhətində böyük problemlərin yaranması haqqında sosial şəbəkədə məlumatlar yayılıb. 

Bizim.Media politoloqun sağlamlıq durumunu öyrənmək üçün özü ilə əlaqə saxlayıb. O, hazırda yaxşılaşdığını bildirərək işdə olduğunu söyləyib:

“10 gün əvvəl 3-cü vaksindən sonra məndə ürəyimdə narahatlıq hiss etdim. Təngnəfəslik, cüzi titrətmə oldu və bu hallar 1 həftə davam etdi.

Daha sonra həkimə müraciət etdim və artıq 1 həftədir ki, səhhətimdə irəliləyişlər var. İndi isə hər şey qaydasındadır. Artıq evə buraxılmışam və müalicəm ambulator şəkildə davam edir. Hazırda da işimin başındayam”, - deyən Q.Hüseynli heç bir şikayətinin olmadığını qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin