Psixoloq və sosioloqların rəyləri niyə üst-üstə düşmür? – Ekspertlərə Əhməd Qəşəmoğludan SƏRT SÖZLƏR

Hazırda oxunan: Psixoloq və sosioloqların rəyləri niyə üst-üstə düşmür? – Ekspertlərə Əhməd Qəşəmoğludan SƏRT SÖZLƏR

72905

Son dövrlərdə boşanmaların artması cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Problemin həllini tapmaq üçün üz tutulan məkan isə psixoloq və sosioloqlar olur.

Bəs nə üçün problemlemlə məşqul olan bu şəxslərin rəyləri bir-biri ilə uzlaşmır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, məsələni daha dərindən araşdırmağa ehtiyac var. Ekspert bildirib ki, özünə hər psixoloq və ya sosioloqam deyənlərin çoxu öz peşələrinin incəliklərinə bələd deyillər və çoxusu da gəncdir hələ: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlıları dünyada tanıdan MÜSBƏT və MƏNFİ xüsusiyyətlər


“Adətən açıqlama verən psixoloqların çoxu gənc olduğu üçün nəzəriyyəyə istinadən fikirlərini bildirirlər. Əslində isə psixoloq öz təcrübələri əsasında ciddi müşahidələr apararaq bunu etməlidir”.

Boşanmanın kökündə duran əsas səbəblərə gəlincə isə sosioloq söyləyib ki , boşanma bir davranışdır və davranışı təchiz edən dörd mühim amil var:

“Şəxsi keyfiyyətlər, mühit, alınan informasiya və üstünlük verilən dəyərlər”.

Ekspert açıqlamasında ölkədəki sosioloqların ümumi rəy formalaşdırmamasında müəyyən bir qurum şəklində birləşə bilməmələrini də əlavə edib:

“Mən Azərbaycanda sosioloqların assosasiyasını dörd dəfə yaratmağa çalışsam da, heç birində nəticə əldə edə bilmədik. Sosiologiya praktiki olaraq ölkdə inkişaf edə bilmir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin