Səhiyyə Nazirliyindən bildirilir ki, məktəblərdə COVID-19 xəstəliyinin qarşısının alınması, tibb məntəqələrində zəruri işlərin düzgün aparılması məqsədilə Bakının bir sıra rayonlarındakı məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri monitorinqlər aparıb.
Yoxlamalar nəticəsində məktəblərin tibb heyətləri və xidməti ərazi uşaq poliklinikaları tərəfindən əlavə olaraq həkim pediatrlar və tibb bacıları cəlb edilib.