QAT sədri Akif Nağı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib:
"Əziz həmvətənlər.
Novruz Bayramı münasibəti ilə hər birinizi təbrik edir, cansağlığı, işlərinizdə uğurlar arzu edirəm, bol ruzi, firəvan həyat diləyirəm. Arzularınız, niyyətləriniz, xüsusilə də Qarabağ istəkləriniz tezliklə həyata keçsin. İmanınız artıq, qələbə əzminiz yüksək olsun. Qarabağın azadlığı uğrunda bütün xalqımızın mübarizəsi, müqəddəs mücadiləsi tezliklə öz nəticəsini versin. Allah Qarabağ naminə çalışan bütün insanlara kömək olsun, zəhmətləriniz hədər getməsin. Novruz birlik, vəhdət, vahid iradə bayramıdır. Birliyimiz daha da artıq və səmərəli olsun. Birlikdə millətimizin, dövlətimizin bütün problemlərinin, birinci növbədə Qarabağ düyünün həllinə nail olaq, bayramlarımızı ürək açıqlığı ilə qeyd edə bilək. Allah hər birinizə kömək olsun, işləriniz avand olsun!"
































































































