Övladlığa uşaq götürən ailələrdə yoxlamalar aparıldı

Hazırda oxunan: Övladlığa uşaq götürən ailələrdə yoxlamalar aparıldı

72854

“Ölkəmizdə erkən nikahların qarşısının alınması və bu sahədə məlumatlılığın artırılması məqsədilə Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən, xüsusən də, məktəblərdə 140 maarifləndirmə tədbiri keçirilib”.  

Bizim.Media xəbər verir ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatını təqdim edən Daxili İşlər Nazirinin birinci müavini Seyfulla Əzimov məlumat verib.

Seyfulla Əzimov bildirib ki, 2021-ci ildə qeydiyyat şöbələrinin və onların fəaliyyətləri nəticəsində müvafiq sənədləri olmayan 972 uşaq aşkarlanıb qeydə alınmış, onlardan 35-ə isə doğum faktının aşkarlanması ilə bağlı hüquqi yardım göstərilib.   

“Sosial təhlükəli vəziyyətdə olan uşaqlar və onların valideyinləri ilə profilaktik işlər də gücləndirilərək 3000 məktəbli arasında sorğu keçirilib və nəticələrə əsasən təhsildən yayılanlar üçün müvafiq təlimlər keçirilib.  
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 1209 uşağın yaşadığı ünvanlarda, yerli icra hakimiyyətləri tərəfindən isə 115 uşağın yaşadığı ailələrdə monitorinq aparılıb. Müvafiq yoxlamalar zamanı övladlığa götürülmüş uşaqların hüquqlarının pozulması halları aşkarlanmayıb”, - deyə nazir müavini əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin