“Zərifə Əliyeva” gəmi-bərəsi ilk səfərinə çıxdı

Hazırda oxunan: “Zərifə Əliyeva” gəmi-bərəsi ilk səfərinə çıxdı

72817

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirakı ilə aprelin 28-də istismara verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi 5 may 2022-ci il tarixində ilk səfərinə çıxıb. 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən Bizim.Media-ya verilən xəbərə görə, “Zərifə Əliyeva” gəmisinin ilk səfəri Qazaxıstanın Kurık limanına olub.

Daimi heyəti 30 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir.

Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir. 
“Zərifə Əliyeva” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin