Bakıda özünü qazi kimi təqdim edən “dilənçi” 30 sutka həbs edildi

Hazırda oxunan: Bakıda özünü qazi kimi təqdim edən “dilənçi” 30 sutka həbs edildi

72761

Bakıda özünü qazi kimi təqdim edərək hərbi geyimdə dilənçilik edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi tərəfindən saxlanılan Ümid Məmmədov barəsində materiallar toplanaraq məhkəməyə göndərilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ümid Məmmədov inzibati qaydada 30 sutka həbs edilib.

Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı, əvvəllər 3 dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov saxlanılıb.

Məlum olub ki, Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin