Regional Təhsil İdarələrinin yeni müdirləri ictimaiyyətə təqdim edildi - FOTO 

Hazırda oxunan: Regional Təhsil İdarələrinin yeni müdirləri ictimaiyyətə təqdim edildi - FOTO 

72758

Prezidentin sərəncamı ilə yeni yaradılan Regional Təhsil İdarələrinin yeni müdirləri ictimaiyyətə təqdim edilib. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, Lənkəran-Astara Regional təhsil İdarəsinə Elxan Nəcəfov təyin olunub. 

Təhsil nazirinin müavini İdris İsayev Lənkəran şəhərində təhsil işçiləri ilə görüşündə yeni idarə rəhbərini kollektivə təqdim edib. 

Həyata keçirilən islahatlardan danışan nazirlik rəsmisi Regional İdarələrin  təhsil siyasətinin vahid mərkəzdən idarə edilməsi və vahid mərkəzdən təhsil müəssisələrinə çatdırılması məqsədi ilə yaradıldığını qeyd edib.  

Təhsil standartlarına nəzarət, vətəndaşların təhsil hüquqlarının qorunması, eləcə də qız uşaqlarının təhsil prosesindən kənar qalma hallarının  qarşısının alınması, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün daha effektli  təhsil şəraitinin yaradılması da da yeni yaradılan Regional İdarələrin üzərinə vəzifə kimi qoyulub.

E.Nəcəfov təhsil müəsssisələrində  tədris-metodiki fəaliyyətin düzgün, planlı təşkilini gücləndirməyin vacibliyini vurğulayıb. 

Psixoloji xidmətin təşkilindən danışan nazir müavini sosial şəbəkə və internet imkanlarının da yeniyetmələrin fikirlərinin formalaşmasına təsirindən danışıb. 

Qeyd edib ki, bu təhsil prosesində də müxtəlif formalarda üzə çıxır ki, belə zərərli proseslərin qarşısı alınmalıdır. Nazir müavini yeni idarələrin fəaliyyətinin təhsilin keyfiyyətinin artırılmasına müsbət töhfələr verəcəyinə əminliyini bildirib. 
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri təyin olunan Elxan Nəcəfov ona edilən etimadı doğruldacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin