Ölən azərbaycanlıların meyitləri Azərbaycana gətirildi

Hazırda oxunan: Ölən azərbaycanlıların meyitləri Azərbaycana gətirildi

72607
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərindəki “Admiral”x9d ticarət mərkəzində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların meyiti bu gün Azərbaycana gətirilib.

Moderator.az -ın məlumatına görə, Tatarıstan Respublikası Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov APA-ya açıqlamasında bildirib ki, Muxtarova Tamilla və Paşayev Pərvizin meyitləri bu gün Moskva vasitəsilə Bakıya göndərilib.

P. Paşayev doğulduğu Gədəbəy rayonunda, T. Muxtarova isə Cəlilabad rayonunda dəfn olunacaq.

Xatırladaq ki, azərbaycanlı sahibkara məxsus “Admiral”x9d ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Hadisə zamanı xeyli sayda ölən və yaralananların olduğu bildirilir. Dağıntılar altından çıxarılan 17 meyitdən 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Ölənlər arasında 1995-ci il təvəllüdlü Paşayev Pərviz və 1961-ci il təvəllüdlü Muxtarova Tamilla da olub. Yaralananlar arasında isə Tağıyev Salam adlı həmyerlimiz var və onun səhhəti artıq yaxşılaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin