İlqar Məmmədovdan Vətən müharibəsindəki qələbəni “natamam” adlandıranlara CAVAB 

Hazırda oxunan: İlqar Məmmədovdan Vətən müharibəsindəki qələbəni “natamam” adlandıranlara CAVAB 

72535

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov 44 günlük Vətən savaşından sonra Azərbaycanın qazandığı nailiyyətlərə tənqidi yanaşanlara qarşı sərt fikirlərlə yadda qalıb.

Bizim.Media xəbər verir ki, REAL sədri öz sosial şəbəkə hesabından qələbəmizin əhəmiyyətini azaltamağa çalışan “bir dəstə adam”ın müharibədən sonra millətimizi qəsdən çaşdırdığını qeyd edib:

“Bir dəstə adam vardı ki, müharibədən sonra millətimizi qəsdən çaşdırırdı. Guya ölkəmiz qələbə qazanmayıb, ay "natamam" və "rus icazə verdiyi" nailiyyət əldə edilib və s. 

Amma qələbəmizin nəticəsi olacaq sülh müqaviləsinin cizgiləri bu yaxınlarda üzə çıxmağa başlayan kimi indi, hal-hazırda məhz Ermənistan müxalifəti küçələrə çıxıb sülhə etiraz edir. Bəli, İrəvandakı mitinqlər, Bakıdakı sükut yerli boşboğazlıq ustalarımız tərəfindən qələbəmizin birbaşa etirafıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin