"Mənə 2021-ci ildə də belə videolar göndərirdilər. Bu montajdır, mənim şəklimi qoyub video düzəldiblər"
Bizim.Media xəbər verir ki, bu sözləri xoşagəlməz videosu yayılmış LDU-nun müəllimi Elşad Rəhimov deyib.
MÖVZU İLƏ BAĞLI:
Universitet müəllimi tələbələrə əxlaqsız təklif edib? – DİN-dən AÇIQLAMA
51 yaşlı müəllimin sözlərinə görə, yayılan bütün məlumatlar yalandır:
"Tələbələrin hamısı mənim qızlarım kimidir, hamısı ilə də müəllim-tələbə kimi çox yaxşı münasibətim olub", - deyə o, qeyd edib.
Qeyd edək ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə video görüntülər yayılıb. Hazırda yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır.
Səkinə Yusibli, Bizim.Media