Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.
Bizim.Media xəbər verir ki, Prezident və birinci xanım Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olublar.
Görüşdə Mehriban Əliyeva ilə şəhidin anası Timziyə Məmmədova arasında səmimi dialoq olub.
Həmin görüşün videosunu təqdim edirik:
Bizim.Media