Növbəti mövsümdə Tərtərdə becərilməsi ərazilərdə əkin işləri aparılacaq. Həmin ərazilər 10 000 hektardan çoxdur.
Bu barədə Bizim.Media-ya Tərtər rayon icra hakimiyyətindən məlumat verilib. Bilidirilib ki, keçmiş təmas xəttinə yaxın ərazilərdə yerləşdiyi üçün becərilməsi mümkün olmayan bu ərazilərdə suvarma sistemi tam bərpa edildikdən sonra əkin işlərinə başlanılacaq.
Bundan başqa bu il rayonda 8000 hektar taxıl əkilib, 3440 hektar ərazidə isə çiyid səpini yekunlaşmaq üzərədir.
Ötən ilin statistikasına görə, tərtərli fermerlər arpa və buğda zəmisindən 36 sentinerlə strateji məhsul tədarük edib. Bundan başqa 10 701 kiloqram pambıq zavodlara təhvil verilib.
Elgün Gəncimsoy, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 02.05.2022
Tərtərdə təhlükəli hesab edilən ərazilərdə əkin işləri aparılacaq
Hazırda oxunan: Tərtərdə təhlükəli hesab edilən ərazilərdə əkin işləri aparılacaq
Hazırda oxunan: Tərtərdə təhlükəli hesab edilən ərazilərdə əkin işləri aparılacaq
72428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.