Bu səhiyyə işçilərinin maaşına əlavə ödənişlərin məbləği artırıldı

Hazırda oxunan: Bu səhiyyə işçilərinin maaşına əlavə ödənişlərin məbləği artırıldı

72401

"Bəzi səhiyyə işçilərinin maaşına əlavə ödənişlərin məbləği artırılıb". 

Bizim.Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən məlumat verib.. 

Onun sözlərinə görə, bundan əvvəl səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına edilən digər bir dəyişiklik səhiyyə işçilərinə bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmi dərəcələrə görə ödənilən əlavələrin məbləğlərinin artırılması ilə bağlı olmuşdu:
"Belə ki, elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə ödənilən əlavələr 20 manat artırılaraq müvafiq olaraq 100 və 60 manata çatdırılmışdı.

Bundan başqa, reanimasiya, intensiv terapiya və anesteziologiya, toksikologiya şöbələrində, intensiv terapiya bloklarında/bölmələrində çalışan həkimlərə həm gecə, həm də gündüz növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat ödəniləcək. Bundan əvvəl hər pasiyent üçün sözügedən şöbələrdə çalışan həkimlərə yalnız gecə növbəsi zamanı tibbi xidmət göstərilən zaman əlavə ödənilirdi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin