Azad olunmuş ərazilərdə 6 modul xəstəxananın açılması nəzərdə tutulur

Hazırda oxunan: Azad olunmuş ərazilərdə 6 modul xəstəxananın açılması nəzərdə tutulur

72398

2021-ci ilin oktyabr ayından etibarən Şuşada 6 palata və 9 çarpayıdan ibarət ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.

Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar və reanimasiya şöbələri fəaliyyət göstərir. 

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransı zamanı deyib. 

O qeyd edib ki, işğaldan azad olunmuş 6 ərazidə - Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanların açılması nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin