“Azərsu” hansı halda vətəndaşa sudan istifadəni qadağan edə bilər? - DETALLAR

Hazırda oxunan: “Azərsu” hansı halda vətəndaşa sudan istifadəni qadağan edə bilər? - DETALLAR

72391

Bakının bir sıra kəndlərində su problemi hələ də qalmaqdadır. Kəndlilər söyləyirlər ki, İsrailin qupquru səhralarında su problem həll edildi, amma biz XXI əsrə də gəlib çıxdıq, susuzluqdan əziyyət çəkirik. 

Bu cür hallar bəzi Aran və dağ rayonlarında da eyni xarakterə malikdir.

Ona görə də bir çox hallarda sakinlər su problemini həll etmək üçün “Azərsu”dan nicat gözləmədən kilometrlərlə məsafədən öz hesablarına su xətləri çəkməyə məcbur olurlar. Amma bu vaxtı da başqa problem meydana çıxır.
 

MÖVZU İLƏ BAĞLI:

Xəzəri çirkləndirən əsas şirkət “Azərsu”ASC-dir - RƏSMİ


Belə ki, fərdi su xətləri çəkən yerli sakinlər alternativ su mənbələrindən istifadə etməyə məcburdur.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə, vətəndaşlar tərəfindən çəkilən fərdi su xətləri su itkilərinə, sudan qeyri-qanuni istifadə hallarına, keyfiyyətlə bağlı risklərə, şikayətlərə və nasazlığa yol açır. Ona görə də “Azərsu” bu özfəaliyyətə qarışır və onu qadağan edir.

Bir çox ərazilərə isə su çəkilmədiyi, eləcə də qaz və kanalizasiya xətlərinin quraşdırılmadığı məlumdur. Vəziyyət belə olduğu halda günah kimdədir?

İqtisadçı-ekspert Akif Nəsirli məsələyə aydınlıq gətirib:

“Azərsu” özünün yaratdığı su mənbələrindən vətəndaşa su verirsə, bu balansında olur və buna görə istifadəçi suyun haqqını ödəyir, sayğac olur və sairə. Biri də var ki, təbii su mənbələri var – Bakı quyularında içməli su yoxdur, lakin başqa dərinlikdəki quyu sularından istifadə edirlər. Bəzi hallarda içməli olur, bəzi hallarda yox”.

Akif Nəsirli qeyd edir ki, “Azərsu” bu hal ilə bağlı heç bir halda vətəndaşlara qadağa qoya bilməz.

“Bununla yanaşı rayonlarımızda içməli su mənbələri var ki, vətəndaşlar öz təşəbbüsləri ilə həmin mənbələrdən su çəkib istifadə edə bilər və “Azərsu” da buna heç bir qadağa qoya bilməz. Heç kəs vətəndaşa müəyyən mənbədən su çəksin, ya da çəkməsin deyə qadağan edə bilməz”.

Ekspert vurğulayıb ki, son vaxtlar suyun təbii sərvət kimi istifadə edilməsi məsələsi ortaya çıxıb:

“Vətəndaşın şəxsi tələbat olaraq içməli sudan istifadə etməsinə görə ödəniş tələb edilmir. Bu məsələ artıq “Azərsu”ya aid deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir”. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin