“Azərbaycanda bayram namazının sabah olması xəbəri təxribatdir” – QMİ RƏSMİSİ

Hazırda oxunan: “Azərbaycanda bayram namazının sabah olması xəbəri təxribatdir” – QMİ RƏSMİSİ

72381

Xətib TV internet kanalında təxribat xarakterli bir məlumat yayılıb. Burada yayılan videoda iddia edilir ki, mayın 2-i Ramazan Bayramı kimi qeyd edilməməlidir. Video paylaşımda qeyd edilir ki, bayram ayın görünməsindən asılıdır:

“Bu axşam, yəni mayın 1-də ayın görünməsi ehtimal olunsa da, bu ehtimal özünü doğrultmadı. Belə olan halda mayın 2-i Ramazan ayının son günü niyyətilə oruc tuturuq. Mayın 3-i isə Ramazan bayramını qeyd edəcəyik”. 

Sözügedən paylaşımla bağlı Bizim.Media-ya açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Fuad Nurullayev bildirdi ki, Azərbaycanda Ramazan Bayramı mayın 2-dən başlayır: 
 

MÖVZU İLƏ BAĞLI:

QMİ-dən fitrə pulu ilə bağlı AÇIQLAMA 


“Kimin nə deməsindən, hansı paylaşımlar yaymasından asılı olmayaraq deməliyəm ki, bu gün bütün Azərbaycanda bayramdır. İnsanlar məscidlərə gedərək bayram namazına yığışıblar. Belə həqiqəti əks etdirməyən paylaşımlar isə insanlarda çaşqınlıq yaratmağa hesablanıb və ona əhəmiyyət vermək lazım deyil”.

Xatırladaq ki, Mingəçevir şəhərində şiə camaatının namazı sabah qılması haqqında məlumat vermişdik.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin