Bakıda qadın həbsdə olan oğluna narkotik keçirmək istədi  

Hazırda oxunan: Bakıda qadın həbsdə olan oğluna narkotik keçirmək istədi  

72377

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. 

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 93.12, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İqbal Bəxtiyar oğlu Qəhrəmanova həyat yoldaşı Bakı şəhər sakini Səbinə Əşrəf qızı Əlipaşayeva tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı bişirilmiş toyuğun sümüyünün içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,506 qram miqdarında narkotik vasitə heroin və 0,543 qram psixotrop vasitə metamfetamin aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin