2-ci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi davam edir - FOTO

Hazırda oxunan: 2-ci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi davam edir - FOTO

72327

May ayının 1-də "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin “Qabiliyyət üzrə sınaq imtahanı” keçirilib. İştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla, iki sessiyada təşkil edilib.

Bizim.Media xəbər verir ki, sual nümunələri ilə tanışlıq məqsədi daşıyan sınaq imtahanında 5301 nəfər namizəd iştirak edib.

İmtahanda verbal və rəqəmsal məlumatlarla işləmək bacarığının, abstrakt və məntiqi düşüncənin yoxlanılması üzrə olmaqla 3 bölmədə suallar təqdim edilib. 

Verbal düşüncənin yoxlanılması üzrə 24 suala 48 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığı üzrə 25 suala 32 dəqiqə və 25 sualdan ibarət “Abstrakt düşüncə” blokuna ümumilikdə 25 dəqiqə vaxt ayrılıb.

"Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq, iştirakçılara dəstək göstərilib.

Qeyd edək ki, ikinci “Yüksəliş” müsabiqəsində iştirak üçün 12299 namizəd müraciət edib. Onlardan 12253-ü Onlayn mərhələdə iştirak haqqı qazanıb. Ümumi biliklər üzrə imtahanın nəticələrinə əsasən 6914 iştirakçı növbəti mərhələdə iştirak etməyə haqq qazanıb.

Qeyd edək ki, iştirakçıları növbəti həftə onlayn mərhələnin “Qabiliyyət imtahanı” gözləyir. Bununla da, “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin