Gəncə sakinlərindən silah və sursat aşkar edilərək götürülüb.
Bizim.Media-nın Gəncə bürosunun məlumatına görə, Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Fuladinin yaşadığı evə baxış zamanı oradan “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 25 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini A.Fərəcovun yaşadığı evə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək edilib.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:13 / 01.05.2022
Gəncə sakinlərindən avtomat və tapança götürüldü
Hazırda oxunan: Gəncə sakinlərindən avtomat və tapança götürüldü
Hazırda oxunan: Gəncə sakinlərindən avtomat və tapança götürüldü
72313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.