“Azəriqaz” İB Ramazan bayramı ilə əlaqədar 2 və 3 may tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək.
“Azəriqaz”-dan Bizim.Media-ya verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.
Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 104/185 Çağrı mərkəzinin fəaliyyəti gücləndiriləcək, Bayram günlərində Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsi 25 nəfər mühəndis heyəti ilə Abşeron, Mərdəkan, Qaradağ, Sabunçu xidmət sahələrində və BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər.
Abonentlər qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 “Çağrı Mərkəzi”nə zəng edə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə isə yazmaqla məlumat verə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:55 / 30.04.2022
“Azəriqaz” bayramla bağlı gücləndirilmiş iş rejiminə keçdi
Hazırda oxunan: “Azəriqaz” bayramla bağlı gücləndirilmiş iş rejiminə keçdi
Hazırda oxunan: “Azəriqaz” bayramla bağlı gücləndirilmiş iş rejiminə keçdi
72246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.