Siyəzəndə Azərişıq ASC-nin rayon şöbəsinin əməkdaşı, 32 yaşlı Orxan İlham oğlu Nəzərovu "tok vurub”.
Bizim.Media-nın Siyəzən Müalicə-Dioqnostika Mərkəzindən əldə etdiyi məlumata görə, Orxan Nəzərov elektrik enejisinin təsirilə bədən səthinin 50-59 faiz termiki yanığı ilə mərkəzə çatdırılıb.
İlkin cərrahi müdaxilədən sonra o Respublika Yanıq Mərkəzinə göndərilib.
Qeyd edək ki, “Azərişıq” ASC-nin əməkdaşı rayonun Dağ Quşçu kəndində iş başında olarkən onu cərəyan vurub.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:24 / 30.04.2022
“Azərişıq” ASC-nin əməkdaşını “tok vurdu”
Hazırda oxunan: “Azərişıq” ASC-nin əməkdaşını “tok vurdu”
Hazırda oxunan: “Azərişıq” ASC-nin əməkdaşını “tok vurdu”
72200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.