Bu gün axşam saatlarında metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, həmin an ərazidən keçən aparıcı Aytən Səfərova baş verən hadisəni çəkərək, sosial şəbəkə hesabında paylaşıb.
O, paylaşdığı görüntülərə, "Əsəbi zəif olanlar baxmasın. "Həzi Aslanov" stansiyasının qarşısındakı yol" şərhini yazıb.
Aparıcının sözlərinə görə, yolu keçən qızı "Wolt" şirkətinə məxsus motosiklet vurub.
Rəşad Əliyev, Bizim.Media

