Bakı Avtovağzalı nə vaxt XAOSA son qoyacaq? – ŞOK FAKTLAR

Hazırda oxunan: Bakı Avtovağzalı nə vaxt XAOSA son qoyacaq? – ŞOK FAKTLAR

72047

“Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Dövlət Yol Polisinin nəzarətinin zəif olması belə vəziyyətin yaranmasına səbəb olub”. 

Bunu Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı rayonlara sərnişindaşıma ilə məşğul olan əksər avtobus sürücülərinin hələ də bunu Bakı Avtovağzalından kənar ərazilərdən istifadə etməklə həyata keçirmələrində kimlərin maraqlı olduğuna aydınlıq gətirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Bayramda rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!


“Təəssüf ki, sərnişindaşıma ilə məşğul olan bir sıra şəxslər hələ də Bakı Avtovağzalından kənar ərazilərdən istifadə etməklə regionlara sərnişin daşınmanı həyata keçirir. Bu isə qanunsuz və nəzarətsiz sərnişindaşıma deməkdir. Belə sürücülərə münasibətdə prosesin bu günə kimi tənzimlənməməsi onlara nəzarət mexanizminin zəif olmasından qaynaqlanır. Avtovağzal ətrafında baş alıb gedən bu xaotik vəziyyətin aradan qaldırılmasına Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Dövlət Yol Polisi nəzarət etməlidir. Deməli, həmin bu iki qurumun nəzarəti zəifdir ki, sözügedən vəziyyət hələ də aradan qaldırılmayıb”. 

Həmsöhbətimiz düşünür ki, rayonlara avtovağzaldan kənar yerlərdən istifadə etməklə sərnişin daşımaqla məşğul olan sürücülərin əksəriyyəti narkoman, iş və istirahət rejimi bəlli olmayan sürücülərdir: 

“Bir insan sutkada 4 saatdan artıq maşın sürməməlidir. Onlar isə ucqar rayondan belə gəlib bir saat sonra geri qayıdırlar. Gün ərzində az- 12-14 saat sükan arxasında olurlar. Bundan başqa, rayonlara avtovağzaldan kənardan sərnişin daşıyan sürücülər tibbi müayinədən keçmir, idarə etdikləri avtubusun hansı vəziyyətdə olduğu da bəlli olmur. Bu əsasda onlar daşıdıqları insanların həyatını da təhlükəyə atır. Onlara avtovağzal ərazisində qanuni fəaliyyət göstərmələri üçün dəfələrlə xəbərdarlıq edilib. Amma təəssüf ki, yenə də öz bildikləri kimi hərəkət edirlər”. 

Mövzunu Bizim.Media bir neçə dəfə Gəncədəki, Mingəçevirdəki problemlərlə birlikdə işıqlandırıb.

İndi ölkədəki bütün avtovağzallarda eyni problem yaşanır, demək olar ki, hamı şikayətçidir. Amma rəsmi tərəf məsələyə hələ də bir aydınlıq gətirməyib və həll yolu da tapa bilməyib.

KİV olaraq bu məsələni axıra kimi davam etdirmək fikrindəyik. Nəhayət ki, bunun bir həll yolu olmalıdır.
 

Ən azı qardaş Türkiyənin təcrübəsindən istifadə etmək olar. Avtobuslarda mobil elektron sistemin qurulması, sərnişin hərəkətlənməsi ilə bağlı məlumatların hesabatlılığı və bilet satışlarının müxtəlif məntəqələrdə əlçatımlı eləməklə problemin öhdəsindəh gəlmək mümkündür.


Araşdırmamız davam edəcək.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin