Türkiyədə həcc ziyarətinin qiyməti ”“ VİDEO

Hazırda oxunan: Türkiyədə həcc ziyarətinin qiyməti ”“ VİDEO

72045
Türkiyədə bu il həcc ziyarətinə gedəcək insanlar ziyarətlərini avro əvəzinə dollar ilə ödəyəcək.

Türkiyədən Müqəddəs torpaqlara bu il 55540 zəvvar həccə gedəcək və onlar ödənişləri avro ilə deyil, dollarla ödəyəcək. Bu vaxta qədər Türkiyədə Diyanət İşləri həcc ziyarətləri zamanı avro ilə aldığı xərcləri dollara çevirib Səudiyyə Ərəbistanına təqdim edirdi. Lakin bu dəfəki həcc ziyarətlərində isə Diyanət İşləri tələb olunan xərcləri insanlardan dollarla almağa başlayıb. Verilən bu qərar dolların yüksəlməsi ilə əlaqələndirilərək böyük müzakirələrə səbəb olub. Diyanət İşləri başkanlığı verilən qərarın dolların yüksəlməsi ilə əlaqəsi olmadığını bildirib. Qərarın 2014-cü ilin noyabr ayında verildiyini qeyd edib. Dollarla ödəniləcək bu ziyarət isə həccə gedənlərin cibindən çoxlu pul aparacaq.

Belə ki, bu ilə qədər həcc ziyarəti üçün alınan ən az yol pulu 2780 avro idi. Bu il isə bu qiymət 3600 dollardır. Əgər ziyarət avro ilə ödənsəydi zəvvarlar 7840 lirə ödəyəcəkdi. Lakin dollara keçildiyi üçün zəvvarlar 9500 lirə ödəməli olacaqlar. Yəni 1600 lirə artıq pul verəcəklər.

Moderator.az “A24.az”x9d -a istinadən mövzu ilə bağlı videosüjeti təqdim edir:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin