Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda əsaslı təmir-bərpa işlərinə başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq.
Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
"Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq", - AYDA-dan bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:06 / 29.04.2022
\"Bakı-Quba-Rusiya magistral yolu əsaslı təmir olunacaq\" – AYDA
Hazırda oxunan: \"Bakı-Quba-Rusiya magistral yolu əsaslı təmir olunacaq\" – AYDA
Hazırda oxunan: \"Bakı-Quba-Rusiya magistral yolu əsaslı təmir olunacaq\" – AYDA
72030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.