“Metrix.az” layihəsinin təqdimat mərasimi keçirildi - FOTO

Hazırda oxunan: “Metrix.az” layihəsinin təqdimat mərasimi keçirildi - FOTO

72018

Aprelin 29-da Medianın İnkişafı Agentliyinin (MEDIA) təşkilatçılığı ilə Azərbaycanın milli rəqəmsal media təhlili platforması - “Metrix.az” layihəsinin təqdimat mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, MEDIA-nın İcraçı direktoru Əhməd İsmayılov müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının əhəmiyyətini vurğulayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan xarici media sayğaclarından imtina edir - Metrix.az gəlir


Bildirib ki, milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq. 

Medianın İnkişafı Agentliyinin onlayn media və rəqəmsal marketinq üzrə eksperti Fəxri Eminov media təhlili platforması - “Metrix.az” layihəsinə dair təqdimatla çıxış edib. 
 

Qeyd edək ki, “Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir. 


Tədbir panel müzakirələrlə davam edib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin