"SOCAR və Xəzər Dəniz Gəmiçiliyi” QSC 31 dekabr günü Neft Daşlarına növbə dəyişməyə gedən 160 nəfər işçini "General Əsədov" gəmisində 19 saat saxlayıblar. Hansı ki, bu işçilər daha 40 gün ağır dəniz şəraitində işləməlidirlər".
Bizim.Media xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə dekabrın 31-də "Abşeronneft" İdarəsində növbə dəyişməli, növbədə olan işçilər evə getməli idi:
"Amma 3 gündür ki, növbə dəyişməyib. Rəhbərlikdən isə işçilərə müqavilə bağlanmadığı əsas gətirilib. Yəni SOCAR Xəzər Dəniz Gəmiçiliyi ilə müqavilə bağlamayıb. Ona görə gəmilər dənizə çıxmır"-deyə Qəhrəmanlı söyləyib.
43 gündür evdən çıxdıqlarını bildirən narazı işçilər dekabrın 31-dən bəri ərzaqla təmin olunmadıqlarını da dilə gətiriblər.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:25 / 02.01.2021
SOCAR işçilərindən ETİRAZ - “3 gündür ərzaq gəlmir...”
Hazırda oxunan: SOCAR işçilərindən ETİRAZ - “3 gündür ərzaq gəlmir...”
Hazırda oxunan: SOCAR işçilərindən ETİRAZ - “3 gündür ərzaq gəlmir...”
7201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.