“Qırmızı kitab”a salınan ağacları kəsənlərə cinayət işi açıldı

Hazırda oxunan: “Qırmızı kitab”a salınan ağacları kəsənlərə cinayət işi açıldı

71990

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir. 

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik əməkdaşlarının iştirakı ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Bakı şəhərinin Qaradağ, Masallı, Cəlilabad, Ağcabədi, İmişli, Sabirabad, Füzuli, Lerik rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazilərində, o cümlədən milli parkların ərazilərində qanunsuz ağackəsmə, qanunsuz balıq ovu, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş bitkilərin kəsilməsi, meşə ərazisində sekvester edilmiş ağacların vəzifəli şəxslər tərəfindən mənimsənilməsi, o cümlədən milli qoruqların mühafizə rejimlərinin pozulması faktlarına görə 10 cinayət işi başlanılıb. 

Dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ağac və digər qorunan bitkilərin kəsilməsi nəticəsində 35 min manat məbləğində ziyan dəyib.
Şəhər mühitində bitmiş və qeyri-maddi dəyəri ölçülməyən çoxilli ağacın qanunsuz götürülməsi faktı müəyyən edilib. 

Cinayət işləri Cinayət Məcəlləsinin 256.3, 259.1, 308.1-ci və digər maddələri ilə başlanılaraq istintaqın aparılması üçün əsasən rayon prokurorluqları, həmçinin daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin