Daşkəsəndə arıçılığın inkişafına dəstək layihəsi icra edildi

Hazırda oxunan: Daşkəsəndə arıçılığın inkişafına dəstək layihəsi icra edildi

71961

"AzerGold” QSC-nin təşkilatçılığı, KOBİA-nın dəstəyi ilə Daşkəsən rayonunda icra edilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi”nə yekun vurulub.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən “AzerGold”un İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov layihənin əsas missiyasının Cəmiyyətin hasilat işləri apardığı bölgədə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək olduğunu diqqətə çatdırıb.

O, Cəmiyyət tərəfindən mütəmadi olaraq icra edilən bu tip layihələrin sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək göstərmək, əhalinin rifah halının yüksəldilməsinə xidmət etmək olduğunu qeyd edib.
Sədr müavini gələcəkdə də bölgədə kiçik və orta sahibkarlığın təşviqi üçün müvafiq layihələrin icra ediləcəyini vurğulayıb.

Tədbir çərçivəsində Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağacları əkilib, günün sonunda fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları hədiyyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin