"O, hər an ölə bilər"

Hazırda oxunan: "O, hər an ölə bilər"

71931

Hazırda həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova Moderator.az saytı vasitəsi ilə əlaqədar qurum və şəxslərə müraciət edərək övladının ağır xəstə olmasının nəzərə alınaraq onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsinə yardımçı olmağı xahiş edib:

"Şərlənərək həbsə atılmış oğlum hüquq müdafiəçisi Taleh Xasməmmədovun həyat və sağlamlığı ciddi təhlükədədir. O, hər an ölə bilər.Təxminən 2 ay öncə Talehi İranda müayinə edən həkimlər ciddi xəstə olmasını və müalicə olunmasa, ölə biləcəyini ona bildiriblər. İran həkimlərinin tibb sənədlərinin surətini mətbuat vasitəsi ilə ictimaiyətə təqdim edirəm. Onun qanında zəhərlənmə var, qəfil baş qaldıran ağrılardan huşunu itirir, həyatı ciddi təhlükədədir. Talehi mənim gözümün qarşısında şərləyərək həbs etdilər. Bunu gözümlə görməsəydim bu qədər yanmazdım.Bu şərləmə hadisəsi məni çox sarsıtdı. Bütün bunları Göyçay rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin tapşırığı ilə ediblər. Çünki Taleh onun rayonda qanunsuz fəaliyyəti barədə mətbuatda çıxışlar etmişdir. Bir yandan  günahsız oğlumun şərlənərək həbsə atılması, bir yandan da ki, ciddi xəstəlikdən əziyyət çəkməsi məni çox-çox narahat edir. İki azyaşlı uşağının  və mənim ağlamaqdan gözlərimiz quruyub, bu haqzıslığı Allah da götürməz. Göyçay rayon icra başçısı yalandan şaiyə yaydırıb ki,guya Talehin həbsini Bakıdan sifariş ediblər.Bizim ailə buna qətiyyən inanmır. Çünki cənab prezident  Talehi özü əfv sərəncamı ilə cəza çəkməkdən azad etmişdir. İnanıram ki, cənab Prezident günahsız Talehin ciddi xəstə olması ilə maraqlanıb onun ev dustaqlığına buraxılmasına köməklik edəcəkdi.Mən başda Fuad Ələsgərov olmaqla  İşçi Qrupunun bütün üzvülərinə müraciət edib Talehin ciddi xəstə olmasını nəzərə alıb  ev dustaqlığına buraxılmasına köməklik göstərmələrini xahiş etmişəm. Ümüdlə, inamla İşçi Qrupunun iclasını gözləyirik. İnanıram ki, ümüdlərimiz boşa çıxmayacaq.                                                                                                                                       Xatırladım ki, 24.02.2015-ci il tarixdə  mağazadan  çıxıb maşına əyləşmək istəyəndə  qondarma zərərçəkən Zahir  adlı şəxs anı olaraq qəfil Talehə yaxınlaşıb üzünə tüpürdü , yaxasından yapışıb yıxıldı yerə və Talehi də yıxdı öz üstünə. Başladı həyasızcasına qışqırmağa. İki dəqiqə çəkmədi iki maşın polislər ora gəldlər, Talehi həbs etdilər. Həmin Zahir adlı şəxs polisin "işverənidir", çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak edib .Talehin barəsində AR.CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Həbs qəti imkan qərarından verilən apellyasiya şikayətinin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsi 06 mart 2015-ci iltarixdə qərar çıxartmışdır. Hazırda 2-saylı İstintaq Təcridxanasında saxlanılır.                  

 

P.S.Mövzu ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.                                                                                                                                                                                                                   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin