Göyçayda polis əməkdaşına qarşı zor tətbiq edilib.
Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, aprelin 27-i saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb.
Bu zaman onu sakitləşdirməyə çalışan polis əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayıb, inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:46 / 28.04.2022
İcra nümayəndəliyində dava - Polis əməkdaşı xəsarət aldı
Hazırda oxunan: İcra nümayəndəliyində dava - Polis əməkdaşı xəsarət aldı
Hazırda oxunan: İcra nümayəndəliyində dava - Polis əməkdaşı xəsarət aldı
71879
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.