Bibiheybət məscidi Ramazan ayında namaz qılmaq üçün niyə bağlanıb? – Axundun CAVABI

Hazırda oxunan: Bibiheybət məscidi Ramazan ayında namaz qılmaq üçün niyə bağlanıb? – Axundun CAVABI

71860

Ramazan ayında Bibiheybət məscidində namaz qılınmağa icazə verilməyib.

Bu şikayətlə Bizim.Media-ya müraciət edən Bakı sakini Müşfiq Əliyevin sözlərinə görə iki gün əvvəl axşam namazını qılmaq üçün məscidə yaxınlaşsa da ona ibadət etməyə icazə verilməyib.

Gözətçi məscidin bağlı olduğunu və namaz qılmaq mümkün olmayacağını bildirib. 

Ziyarətçi müqəddəs ayda digər İslam ölkələrində səhərə qədər açıq olan Allah evinin Azərbaycanda niyə bağlı qalmasından gileylənərək bu addımın düzgün olmadığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bayram namazının vaxtı açıqlandı - 2 fərqli saatda qılınacaq


“Türkiyədə addımbaşı rast gəldiyimiz məscidlərin heç biri axşamlar bağlanmır. Üstəlik Ramazan ayında ibadət evləri daha aktiv fəaliyyət göstərir. Əhya gecələrində isə insanlar məscidlərə toplaşıb səhərə qədər birgə ibadət edib, namaz qılırlar. Biz isə axşam namazını qılmaq üçün qapısı açıq məscid tapa bilmirik”.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bibiheybət məscidinin axundu Rahib Babayev bütün məscidlərdəki qayda ilə fəaliyyət göstərdiklərini bildirib:

“Sübh namazından Şam namazına qədər açıq oluruq. Yəni Şam namazına gələn insanlar namaz qıldıqdan və iftar açdıqdan sonra məscid Sübh namazına qədər bağlanır. Bu, bütün məscidlərdə belədir. Qaldı ki, səhərə qədər məscidin açıq olmağına, nə vaxtsa bununla bağlı Azərbaycanda da qərar verilsə, biz də həmin şəkildə fəaliyyət göstərərik”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin