"Azərsu"dan Şuşanın fasiləsiz su təminatı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: "Azərsu"dan Şuşanın fasiləsiz su təminatı ilə bağlı AÇIQLAMA

71821

"Azərsu" ASC-nin işğaldan azad edilmiş ərazilərlə bağlı ən böyük işi Şuşa şəhərində olub.

Bizim.Media xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. 

O, Şuşada görülən işlərdən söz açıb: "Kiçik Kirs magistral su kəmərinin 6 km-lik hissəsini polad borularla tamamilə yenidən qurub istismara verdik.

Biz Şuşa şəhərində anbarların tikintisi və şəhərdaxili şəbəkənin yenilənməsinə hazırlaşırıq. Son bir ildə biz Şuşada bütün aylarda qiymətləndirmə apardıq. Məlum oldu ki, Şuşanın gələcək baş planına uyğun inkişaf edəcəyi təqdirdə ilin iki dövründə, yəni qışda və yayda su çatışmazlığı ola bilər.
Ona görə dövlət qurumları ilə birlikdə işçi qrupu yaradıldı. Artıq ilkin işçi layihə hazırdır. Daşaltı kəndindən yuxarı hissədə su anbarı yaradacağıq. Onun sahilində nasos stansiyası tikəcəyik. 2,6 km-lik təzyiqli magistral su xətti çəkəcəyik".

Onun sözlərinə görə, əsas məqsəd - Şuşanı həmin dövrlərdə 24 saat su ilə təmin edək: "Sovet dövründə Şuşada su təchizatı fasiləli qrafiklə olub. Amma gələcəkdə bizim planımız odur ki, bütün ticarət, ictimai iaşə, turizm, hərbi və mülki obyektlərin hamısı 24 saat fasiləsiz su ilə təmin olunsun".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin