İstanbulda Edition (Baku Plaza) otelində millət vəkili Qənirə Paşayevanın Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”x9d) və “Aşk Başka”x9d adlı kitablarının təqdimatı və imzalanması olub.
ANS PRESS-in məlumatına görə, Türkiyənin tanınmış sənətçiləri Orxan Gəncəbay, Oya Aydoğan, Sevim Emre, Nursaç Doğanışık, Bora Gencer, Mehmet Özkaya, Bünyamin Aksundur, Züleyha, tanınmış media rəhbərləri və televiziyaçılar Abbac Güclü, Güneri Civaoğlu, Cüneyt Özdemir, İsmayıl Ballı, Mustafa Kara, Nurcan Sabur, Nurettin Soydan, Selim Bakal, şair Cemal Safi, şairə Ayşə Birgül Yılmaz, alim və tasavvuf araşdırmaçısı Cemalnur Sargut, tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçən təqdimat mərasimində ilk olaraq kitabları Türkiyə türkcəsinə uyğunlaşdıran yazar İmdat Afşar çıxış edib.
Ondan sonra təqdimatın keçirilməsinin təşkilatçısı Palmali şirkətlər qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu öz fikirlərini söyləyib. “Aşk Başka”x9d kitabının ön söz yazarı və kitabın hazırlanmasına rəhbərlik etmiş şair Cemal Safi çıxış edib və Qənirə Paşayeva, kitabla bağlı öz düşüncələrini bölüşüb və sonda müəllifə həsr etdiyi şeirini oxuyub. Məhz “Aşk Başka”x9d kitabı üçün Qənirə Paşayevaya hədiyyə etdiyi və ilk dəfə oxuculara təqdim ediləcək “Miracımız Qarabağdır”x9d şeirini oxumağı isə Qənirə Paşayevanın özündən xahiş edib. Sonra Qənirə Paşayevanın dostu və “Allah, seven kalplerdedir”x9d kitabının ön söz yazarı Cemalnur Sargut çıxış edib.
Türkiyənin ən məhşur jurnalsitlərindən olan Abbas Güclü isə bildirib ki, Qənirə Paşayevanın kitablarından əldə ediləcək bütün gəliri ata-anasız və ya ağır ailə vəziyyətinə görə ali təhsil ala bilməyən qızların, xüsusilə hüquq təhsili almaq istəyən Azərbaycan və Türkiyədən olan qızlara bağışlaması örnək bir addımdır. Türkiyənin tanınmış sənətçisi Orxan Gəncəbayın çıxışından sonra tədbirin yekununda millət vəkili Qənirə Paşayeva çıxış edib.
Millət vəkili tədbirin təşkili üçün Palmali şirkətlər qrupuna, tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edib. "40 yaşımı bu kitablarla və sizinlə birlikdə qeyd etmək mənim üçün çox böyük sevinc və qürurdur", - deyən Qənirə Paşayeva ona hər zaman dəstək olanlara, həyatında böyük rol oynamış şəxsiyyətlərə, dostlarına, bu kitabların işıq üzü görməsində dəstək göstərən bütün insanlara təşəkkür edib.
“Mən Allahdan heç zaman özüm üçün çox şey istəmədim hər zaman sadəcə mənə xeyrli bildiyini ver deyə dua etdim. Amma 40 yaşımın tamam olduğu bu gün ondan bir çox şey istəyirəm. Allahdan mənə bundan sonra ailəmə layiq övlad, müəllimlərimə layiq öyrənci, dostlarıma layiq dost, Vətənimə, millətimə, torpağımıza layiq övlad ola bilmək üçün daha çox güc versin. Və ən əsası şəhid dostlarımın yanına üzü ağ gedə bilməyi nəsib etsin. Torpaqlarımızı işğaldan azad edən gün onların qəbirləri üzərinə o gözəl torpaqlarımızdan gətirib səpəcəyimə söz vermişdim. Allahdan ən çox bunu arzulayıram. Bir gün belə bir tədbiri Şuşada keçirə bilməyimizi arzulayıram”x9d, - deyə müəllif bildirib.
Millət vəkili Qənirə Paşayeva tədbirin sonunda bütün qadınları 8 Mart Qadınlar bayramı münasibəti ilə də təbrik edərək, "qızları daha çox oxutmalı, onların toplumda rolunu daha da artırmalı, qadına şiddətə qarşı daha çox mübarizə aparmalıyıq" deyib.
Tədibrdə Qənirə Paşayevanın yazılarından parçalar da səsləndirilib. Tədbirin sonunda Türkiyə Baralor Birliyinin üzvü vəkil Saide Ekmen təşkilat adından millət vəkili Qənirə Paşayeya plaket təqdim edib və bildirib ki, onun adına Tema Vaqfına 5 ağaç əkilərək bağışlanıb. Qənirə Paşayeva kitablarını imzalayaraq tədbir iştirakçılarına hədiyyə edib.















































































































