Yaralı qazimizə ikiotaqlı mənzil verildi

Hazırda oxunan: Yaralı qazimizə ikiotaqlı mənzil verildi

7173

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsinin iştirakçısı, döyüşlərdə yaralanmış Məmməd Əkbərovun ailəsinin də mənzillə təmin edilməsini qərara alıb.

ƏƏSMN-dan Bizim.Media-ya bildirilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ailə ilə görüşüb, ailənin sosial vəziyyətini öyrənib. Məmməd Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına savaşıb. Hətta xəsarət almasına baxmayaraq, yenidən döyüşlərə davam edib. Oktyabrın 21-də Qubadlı uğrunda savaşda növbəti dəfə yaralanıb.

Hazırda müalicəsini evdə davam edən Məmməd əlilliyə görə təqaüd alan atası, orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır. Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq Nazirlik tərəfindən onların mənzil şəraitinin yaxşılaşdırılması qərara alınıb.

Artıq bu məqsədlə sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ikiotaqlı mənzil alınıb. Evin sənədləşmə prosesi yeni ilin ilk iş günündən aparılacaq və qısa müddətdə ailə yeni evinə köçəcək.

Qeyd edək ki, bundan əvvəl Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli də ailə ilə görüşmüşdü. Qazi və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onlar ödənişli ictimai işlərə də cəlb olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin