Azərbaycanda yeni quş qripi yayılıb? – İnfeksionistdən ƏLAMƏTLƏRİ

Hazırda oxunan: Azərbaycanda yeni quş qripi yayılıb? – İnfeksionistdən ƏLAMƏTLƏRİ

71713

Bir neçə gün öncə Çində ilk dəfə insanlar arasında H5N8 adlı quş qripinin yeni növünə yoluxma hadisəsi baş verib və bir neçə insan bununla bağlı xəstəxanaya yerləşdirilib. Çindən gələn bugünkü məlumatda isə deyilir ki, artıq bir neçə əyalətdə kütləvi yoluxma hallarına rast gəlinir.

1997-ci ildən sonra H5N8 virusu ilk dəfə 2021-ci ildə Çinin materik hissəsi ilə həmsərhəd olan “May Po” qoruğu ərazisində qışlayan köçəri quşların nəcisində tapılmışdı.

Bəs H5N8- in əsas əlamətləri hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamada həkim infeksionist Aytən Ziyadova söyləyib ki, H5N8 quş qripinin ən ağırlaşmış formasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana diri toyuqların gətirilməsinə qadağa qoyuldu


Ekspertin sözlərinə görə insanlar əsasən quş ətlərini yedikdə virusa yoluxa bilərlər və ona görə də ilkin olaraq virusun insan orqanizminə ov quşlarının ətindən keçməsi ehtimal olunur. Virusun yayılma sürəti günümüzün mövcud bəlasına çevirilmiş Covid-19-la müqaisədə zəif olduğunu açıqlayan ekspert əlavə edib ki, bir neçə gün sonra virusun insan orqanizmində ağır fəsadlar yarada biləcəyi də istisna olunmur.

İnfeksionistin fikrincə H5N8-in əsas simptomları asanlıqla hiss oluna bilər:

“Bəzən əzələ ağrılarına səthi yanaşsaq da virusun əsas əlamətlərindən biri də məhz budur. Nəfəs darlığı, öskürək və şiddətli baş ağrıları da simptomlar sırasındadır”.

Digər simptomlar kimi isə ekspert mədə ağrısı, ishal, burun və diş ətindən qanaxmanı vurğulayıb. Ekspert bu tip əlamətlər müşahidə oldunduğu təqdirdə həkimə müraciətin zəruri olduğunu vurğulayıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin