Nazirlər Kabineti “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edib.
Nazirlər Kabinetindən Bizim.Media-ya verilən verilən xəbərə görə, qərar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Həmin yarımbənddə insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin daha səmərəli həyata keçirilməsi, insan alverinə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi məqsədilə müvafiq idarələrarası komissiyanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun hüquqi statusuna yenidən baxılması, ixtisaslaşmış qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar cəlb edilməklə tərkibinin yenidən formalaşdırılması nəzərdə tutulub.
Qeyd edilən yarımbəndin icrası ilə əlaqədar insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın hüquqi statusuna dair məsələlərin tənzimlənməsi məqsədilə adıçəkilən Qərar qəbul edilib.
Bundan sonra İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın tərkibi aidiyyəti təşkilatların rəhbər müavinlərindən və bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət olmaqla yenidən formalaşdırılacaq, idarələrarası komissiyanın təklifi və qarşı tərəfin razılığı əsasında müvafiq beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin komissiyanın işinə cəlb edilməsi mümkün olacaqdır.
Həmçinin idarələrarası komissiyanın fəaliyyətinin təmin edilməsi, vəzifə funksiyaları və s. məsələlər dəqiq tənzimlənəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:37 / 27.04.2022
İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiya yenidən formalaşdırılacaq
Hazırda oxunan: İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiya yenidən formalaşdırılacaq
Hazırda oxunan: İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiya yenidən formalaşdırılacaq
71702
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.