Azərbaycanda hər 1000 kişiyə 1001 qadın düşür - Demoqrafik göstərici

Hazırda oxunan: Azərbaycanda hər 1000 kişiyə 1001 qadın düşür - Demoqrafik göstərici

71677

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki ilin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Hazırda orta hesabla hər 1000 kişiyə 1001 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20462 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.

2022-ci ilin yanvar-fevral aylarında ölkədə 12557 ölüm halı qeydə alınıb və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7-yə düşüb.

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin