Xəbər verildiyi kimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətinin iclası keçirilir. İclasda AMEA-nın yeni prezidentinin seçiləcəyi ilə bağlı mediada xəbərlər yayılıb.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva Akademiyaya yeni prezident seçiləcəyi ilə bağlı xəbərin həqiqətəuyğun olmadığını bildirib:
MÖVZU İLƏ BAĞLI:
AMEA-nın Ümumi yığıncağı başladı
“Yalnış mlumatdır. Hazırda AMEA-nın ümumi iclası keçirilir”, - deyə o, qeyd edib.
Xatırladaq ki, Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib.
Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq, Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Alçina Amilqızı, Bizim.Media