Nazirlikdən millət vəkilinə SƏRT CAVAB: "Bu, məsuliyyətsiz yanaşmadır"

Hazırda oxunan: Nazirlikdən millət vəkilinə SƏRT CAVAB: "Bu, məsuliyyətsiz yanaşmadır"

71580

"Millət vəkili Fəzail Ağamalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən guya pensiyaların kəsilməsi barədə parlamentdə səsləndirdiyi iddia məsuliyyətsiz yanaşmadır".

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında ƏƏSMN-nin mətbuat katibi Fazil Talıblı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalı nazirliyin Milli Məclisdəki nümayəndəsinə: “TV-də pensiyanın onlar tərəfindən kəsildiyini bildirsin” 


"Millət vəkilinin diqqətinə bir daha qanunvericiliyi çatdıraraq bildiririk ki, əlilik müddətli və ya geridönməz hallarda (əzaların amputasiyası, sağalmaz xəstəliklər və s.) müddətsiz, yəni ömürlük təyin olunur. 

Əlilliyə görə pensiya və ya müavinət əlillik müddəti ərzində verilir. Həmin müddət bitmədiyi halda sosial ödənişin dayanması halı baş vermir.

Əlillik müddəti bitdiyi halda isə həmin müddətin uzadılması üçün yenidən qiymətləndirmə aparılmalı, bu məqsədlə yeni göndəriş daxil edilməsi üçün səhiyyə müəssisələrinə müraciət edilməlidir. 
Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, bir millət vəkilinin populizmə hesablanan qeyri-ciddi fikir sərgiləməsi sadəcə təəssüf doğurur", - deyə F.Talıblı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin