Mopedçinin ayağının üstündən keçən “Lexus” sürücüsünü bu CƏZA gözləyir – HÜQUQİ İZAH

Hazırda oxunan: Mopedçinin ayağının üstündən keçən “Lexus” sürücüsünü bu CƏZA gözləyir – HÜQUQİ İZAH

71557

Xəbər verildiyi kimi ötən gün Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsü Sultan Dadaşovun moped sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb. Moped sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib.

Bundan hiddətlənən Sultan Dadaşov motosikleti dayandırıb. Görüntülərdə “Lexus”un sürücüsünün digər sürücünün ayağının üstündən keçdiyi də görünür. Daha sonra maşından düşərək moped sürücüsünü döyür, ona nalayiq ifadələr işlədir.

Mətbuat prospektində qeydə alınan hadisənin təfərrüatları və motosikletçini döyən Sultan Dadaşovun saxlanılması barədə hələki rəsmi məlumat açıqlanmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda moped sürücüsünü döyən şəxs həbs olundu - VİDEO


Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov Bizim.Media-ya açıqlamasında məsələnin araşdırıldığını bildirib. 

Maraqlıdır, xuliqanlıq edən “Lexus”un sürücüsü barədə hüquqi müstəvidə hansı məsuliyyət nəzərdə tutula bilər? 

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında Sultan Dadaşovun xırda xuliqanlıq tərkibi ilə inzibati, moped sürücüsünün ayağına yetirdiyi xəsarətə görə isə cinayət məsuliyyətinə cəlb oluna biləcəyini deyib:

“Hansı tədbirin görüləcəyini demək bir qədər çətindir. Bu, artıq məhkəmənin və araşdırma aparan hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Ən aşağısı o hadisədə xırda xuliqanlığın olması göz qabağındadır. Həmin şəxs ya 50-100 manat məbləğində cərimələnə, ya da 15 sutka inzibati qaydada həbs oluna bilər.

Bu hadisədə təkcə moped sürücüsü deyil, həm də qanun, ictimai qayda və ətrafdakı insanlar da zərərçəkmiş hesab olunur. Moped sürücüsünün şikayətinin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Araşdırmanın aparılmasının əsaslarından biri də KİV-də yayılmış materiallardır. Bu baxımdan zərərçəkmişin ərizə yazmasını gözləmək lazım deyil”.
Hüquqşünas əlavə edib ki, avtomobil sürücüsü moped sürücüsünün ayağına yetirdiyi xəsarətin nəticəsinə görə də cinayət məsuliyyətinə cəlb oluna bilər:

“Bəlkə də şəxs barəsində 221-ci maddə ilə cinayət işi açıla bilər. Məsələni daha diqqətlə araşdırmaq lazımdır. Video hüquqi müstəvidə incələnməli və ona uyğun qiymət verilməlidir. Amma ictimai qınaq nəticəsində bu hadisə aşkar olunubsa, hüquq-mühafizə orqanları dərhal məsələyə reaksiya verməli idilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin