Körpələrə niyə daha çox dini adlar verilir? – Milli adların SİYAHISI

Hazırda oxunan: Körpələrə niyə daha çox dini adlar verilir? – Milli adların SİYAHISI

71553

Son 4 ay üzrə yeni doğulan körpələrə verilən adların statistikası açıqlanıb. Belə ki, verilmiş adlar daha çox dini şəxsiyətlərin adları ilə bağlıdır. Bu il oğlanlara ən çox Yusif, Hüseyn, qız uşaqlarına isə Zəhra adı verilib.

İnsanların dini adlara bu qədər maraq göstərməsi isə maraq doğurur. Niyə uşaq adlarında seçim kimi daha çox dini adlar əsas götürülür?

Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, islam dinin Azərbaycanda yayılmasından sonra bu adlar aktuallaşıb:
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqlara ad qoyarkən diqqətli olun - Psixoloqdan AÇIQLAMA 


“Ənənə davam edir, bu da təkrar, eyni adların çox insanda olmasına səbəb olur. Həmçinin adlar insanların həyatına, xarakterinə, gələcəkdə tutacaqları mövqeyə qədər təsir göstərir. Ad bütövlükdə şəxsiyyətin genetik inkişafı boyu onu müşaiyət edir hətta çevrəsindəki insanların belə ona davranışını tənzimləyir. Əfsuslar olsun ki, baxdıqları serialdan sevdikləri personajın adlarını seçib qoyan valideynlərimiz də var. Bəzən də patriarxal təfəkkür ilə kobud səslənən, müasir trendlərə cavab verməyən baba, ulu baba adları qoyurlar ki, bu da uşaqların gələcəkdə kompleks etməsinə səbəb olur və həmyaşıdları tərəfindən bullinqə, replikalara məruz qalır”.

Sosioloqun sözlərinə görə, təkcə dini adlar yox, şəhidlərimizin adları körpələrə qoyulmalı və yaşadılmalıdır:

“Həmçinin Azərbaycanın siyasi həyatında kifayət qədər böyük iz buraxan tarixi şəxsiyyətlərimizin adları da buraya daxildir. Qeyd etdiklərim həm də uşaqların davranışına, həyata olan baxışına da təsir göstərəcək. Çünki adını daşıdığı şəxsin kimliyini dərk edərək, ona layiq olmağa çalışacaq”.

Ü.Şəfiyev həmçinin ad seçərkən milli adlarımıza üstünlük verməyin daha düzgün olacığını diqqətə çatdırıb.

Qeyd edib ki, adda məna özünü göstərməli, o səsləndirilən zamanı özündə başa düşüləcək fikir yaratmalıdır.
Məsələn, Tufan, Qaçay, Polad, Güldəstə, Aydan, Günay, Yaşar, Aydın, Eldost, Elçin, Gülər, Günəş, Dəniz, Çəmən, Anar, Tural, Turan, Telli, Gülşən, Nanə, Qafqaz, Oğuz, İgid, Vural, Qaraş, Güllü kimi. Ekspert bu məsələ ilə bağlı mədəni institutların çalışmasına ehtiyac olduğunu da vurğulayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin